Yüksək texnologiyalar nəslinə sən də qoşul!

Müraciət et

Layihə haqqında

IBA Tech Akademiyası – Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət layihəsidir. İsrail-Ukrayna şirkəti olan “DAN IT” təhsil mərkəzi bu layihənin reallaşdırılmasında banka metodoloji dəstək göstərir. Təlimlər İsrailin məşhur TELEM metodu əsasında aparılır.

Hazırda Akademiya proqramlaşdırmanın əsas istiqamətləri üzrə intensiv bootcamp proqramları təşkil edir. Bu proqram çərçivəsində namizədlər Akademiyaya 4 seçim mərhələsini keçməklə qəbul olunur, burada IT sahəsində bilik və bacarıqlar qazanırlar.

Təhsil ödənişsizdir.

Akademiyanın missiyası Azərbaycanın informasiya texnologiyaları bazarının beynəlxalq standartlara və gələcəyin texnoloji çağırışlarına uyğun inkişafına dəstək vermək və yeni nəsil peşəkarlara bu perspektivli əmək bazarında yeni imkanların yaradılmasına dəstək verməkdir.

Nə təklif edirik?

IBA Tech Akademiyasında təhsil - hazırda dünyanın ən populyar peşəsi sayılan yüksək texnologiyalar mütəxəssisi kimi yetişərək əmək bazarında bu sahə üzrə öz potensialını reallaşdırmaqdan ötrü gözəl şansdır.

Akademiyada təhsil almaq özünü proqramlaşdırma sahəsində sınamaq istəyən hər kəsə bu cür imkanlar yaradır. Hətta indiyə qədər kodların yazılması ilə bağlı heç bir anlayışı olmayanlar üçün də bu, yaxın gələcəkdə əsl proqramçı kimi yetişmək üçün əla fürsətdir.

Hazırda Azərbaycanda yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etməkdədir. Bu sahənin birinciləri sırasında yüksək texnologiyalar dünyasını kəşf etmək və ölkənin əmək bazarında ən tələb olunan mütəxəssislərdən olmaq şansını qaçırma.

Tələbələr nələr əldə edəcəklər?

1

2.5 aylıq intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnəcəklər

2

FrontEnd və BackEnd istiqamətindən biri üzrə tam peşəkar vərdişlər qazanacaqlar

3

İşəgötürənlər üçün cəlbedici portfolio və rezüme hazırlamaqdan ötrü vacib bilik və bacarıqlara malik olacaqlar

4

Özlərini və layihələrini təqdim etməyi öyrənəcəklər

5

Soft-skills vərdişlərini inkişaf etdirəcək, özgüvən qazanacaqlar

6

Beynəlxalq təcrübəni, xarici kampaniyaların keyslərini mənimsəyəcək, maraqlı nümunələrlə tanış olacaq və gələcək karyeraları üçün faydalı məsləhətlər alacaqlar

7

Xüsusi fərqlənən məzunların yeni ixtisasları üzrə işə düzəlmələrinə kömək göstəriləcək

İxtisaslaşma

FrontEnd

FrontEnd – internet saytının, yaxud mobil tətbiqin görünən hissəsidir.

Əgər Sizə interfeyslərlə və JavaScript proqramlaşdırma dilləri ilə iş maraqlıdırsa, onda bu istiqaməti seçməyiniz tövsiyə olunur.

BackEnd

BackEnd - saytın və mobil tətbiqin server və verilənlər bazası ilə bağlı hissəsidir. Bu istiqamət üzrə təhsil alan tələbələr Java dili ilə məşğul olacaqlar.

Əmək bazarında bu sahənin mütəxəssislərinə xüsusilə az təsadüf edildiyindən BackEnd istiqamətinə bazarda tələbat daha böyükdür.

Tədris proqramı

Metod

Təlimlər İsrailin məşhur TELEM metodu əsasında aparılır, hər bir tələbəyə yanaşma fərdi və kompleks olur:

Namizəd universal testlərdən və şifahi müsahibədən keçir

Tələbənin maraq profili müəyyənləşir, güclü və zəif tərəfləri təhlil edilir, motivasiyası nəzərə alınır

Əvvəlcə baza vərdişlər, daha sonra texnologiya konsepti və təcrübə əsasında konkret texnologiyalar öyrədilir

Layihə işi, maksimum təcrübə, minimum nəzəriyyə əsas prinsip kimi qorunur

Tədris prosesində oxu materialları və konspektlərdən istifadə edilmir – yalnız müxtəlif çətinlik dərəcəsində məsələlərin həlli tapşırılır

Akademiya mentor sistemini tətbiq edir - tələbələr daimi dəstəyə malik olur

Tələbələr qazandıqları bilik və bacarıqları möhkəmləndirməkdən ötrü təcrübi layihələr yerinə yetirirlər

Proses

Tələbələr 4 qrupa bölünəcək. Hər qrup proqramlaşdırmanın 2 fərqli istiqaməti üzrə 2.5 aylıq intensiv təlim keçəcəklər.

Bütün müəllimlər IT sahəsində və “DAN.IT” təhsil mərkəzində, ən azı, 10 illik iş təcrübəsinə malik peşəkar mütəxəssislərdir. Tələbələrlə kurs mentorları da məşğul olacaqlar.

Mentorların əsas vəzifəsi tələbələrin tədrisin texniki hissəsinə aid suallarına cavab verməkdir. Mentor və müəllimlər sərbəst vaxtlarında tələbələrin bütün suallarını cavablandıracaq, onların materiallar üzərində işləmələrinə kömək göstərəcəklər.

Hər bir qrupun kurs koordinatoru olacaq. Təlim qrafiki, kurs cədvəli, lazımi şəraitin təmin olunması, texniki təchizat və s. məsələlərə görə onlar cavabdehlik daşıyacaqlar. Tələbələr maddi-texniki və motivasiya məzmunlu məsələlərlə bağlı onlara müraciət edə bilərlər.

Təlimlərdə xüsusi fərqlənən məzunların tədris müddətinin sonunda işlə təmin olunmasına kömək göstəriləcək.

Qəbul mərhələləri

1

Qeydiyyat

Namizəd ərizə formasında özü haqqında lazımi məlumatları göstərməli, eyni zamanda bir neçə suala cavab verməlidir.

2

Texniki test

Növbəti mərhələyə keçən namizədlərin texniki bilik və bacarıqları yoxlanır. Belə bir testləşdirmə namizədin proqramlaşdırma üzrə sadə texniki tapşırıqları yerinə yetirmə qabiliyyətini müəyyən etməyə imkan verir.

3

Adam Milo testi

Bu mərhələdə namizədlər məntiqi təfəkkür qabiliyyətinin yoxlanması üçün Adam Milo testindən keçir. Belə bir test namizədin verilmiş tapşırıqları icra etmə, dəqiq və aydın düşüncə, detallara diqqət qabiliyyətini yoxlamağa kömək göstərir.

4

Müsahibə və kurslara qəbul

Sonuncu mərhələdə təlim təşkilatçıları tərəfindən namizədlərlə müsahibə aparılır. Müsahibə onlayn formatda həyata keçirilir. Hər bir gələcək tələbə özü haqqında ətraflı danışır, komissiya onun təlimlərə fərdi marağını dəyərləndirir.

Ərizə göndər

IBA Tech Akademiyası qrafik və dərs cədvəlində dəyişiklik etmək hüququna malikdir

Ərizəniz göndərildi! Məlumatlarınız yoxlandıqdan sonra əməkdaşlarımız Sizinlə əlaqə saxlayacaqlar

Tez-tez verilən suallar

Namizəd Azərbaycan vətəndaşı olmalıdırmı?
Bəli. Bu təhsil proqramı sosial xarakter daşıdığından yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.
Proqrama qəbul üçün yaş məhdudiyyəti varmı?
18 yaşı tamam olmuş hər kəs qəbul üçün onlayn ərizə göndərə bilər. Əsas meyar təhsil arzusu və yüksək həvəsin olmasıdır. Seçim zamanı ali və orta ixtisas təhsili müəssisələrinin yeni məzunlarına, eləcə də sonuncu kurs tələbələrinə müəyyən üstünlük veriləcək.
Namizəd hansı biliklərə malik olmalıdır?
Təlimlərə proqramçı olmaq istəyən şəxslər qoşula bilər. Bununla belə kodlaşdırma ilə bağlı əlavə hər hansı bilik və bacarıq namizədin üstünlüyüdür.
Təlimlərə onlayn qoşulmaq olarmı?
Bootcamp-proqramlar offlayn qaydada keçirildiyindən, bu, mümkün deyil. Tədrisin effektivliyi üçün tələbə təlimlərdə birbaşa iştirak etməlidir.
Proqram ödənişlidirmi?
İBA Tech Akademiyasında təhsil ödənişsizdir. Çünki bu Akademiya Azərbaycan Beynəlxalq Bankının sosial proqramı çərçivəsində fəaliyyət göstərir.
Tədris müddəti nə qədərdir?
Tədris proqramının müddəti 2,5 aydır.
Tədris hansı dildə aparılacaq?
Tədris ingilis dillərində aparılacaq.
Təlim haqqında suallar və əlavə kömək üçün kimə müraciət edə bilərəm?
Ərizələrin qəbulu və seçim mərhələsində suallarınızla Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilərsiniz. Tədris müddətində isə hər bir qrup üzrə müəyyən edilmiş mentorlar və kurs koordinatorları sizi maraqlandıran bütün suallarınızı cavablandıracaqlar.
Bank əməkdaşları proqramda iştirak edə bilərmi?
Azərbaycan Beynəlxalq Bankının, eləcə də digər bankların əməkdaşları bu proqramda iştirak etmir.